Lavrov Qərbi diplomatik terror və şantajda ittiham etdi

“Qərb ölkələri BMT Baş Assambleyasında anti-Rusiya qətnaməsinin qəbulunu yalnız diplomatik terror və başqa ölkələrin açıq-aşkar əl-qolunun burulması ilə təmin edə bildi”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Qərb diplomatik terror üsullarını həyasızcasına, inkişaf etməkdə olan ölkələri hər cür cəzalarla hədələyərək həyata keçirdi. Yalnız belə üstüörtülü şantaj və hədələrlə nəticə əldə olundu”, – Lavrov bildirib.

Onun sözlərinə görə, amerikalıların bu işdə iştiraklarının olmadığı barədə açıqlamaları yalandır.

Azpost.info

Əvvəlki məqalə

İran Azərbaycanla sərhəddə hərbi təlimə başlayır

Sonrakı məqalə

AYB-nin qurultayının keçiriləcəyi vaxt və məkan dəqiqləşib