AYB-nin qurultayının keçiriləcəyi vaxt və məkan dəqiqləşib

Azərbaycan Yazıçılar Birliyinin qurultayının keçiriləcəyi məkan və vaxt dəqiqləşib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, birlikdən məlumat verilib.

Bildirilib ki, qurultay 26 oktyabr saat 10:00-da, Akademik Milli Dram Teatrında keçiriləcək.

Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.

Əvvəlki məqalə

Lavrov Qərbi diplomatik terror və şantajda ittiham etdi

Sonrakı məqalə

2023-də neftin qiyməti bir barel üçün neçə dollar olacaq?