Lavrov rusiyalı turistlərə Şimali Koreyada istirahət etməyi tövsiyə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyanı rusiyalı turistlərə tövsiyə edəcəyini bildirib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

“Mən rusiyalı turistlərə KXDR-də istirahət etməyi tövsiyə edərdim”, – Lavrov deyib.

Lavrov Şimali Koreyaya oktyabrın 18-də gəlib. Şimali Koreyadan olan həmkarı Çoy Son Xi ilə görüşdə o, Rusiya ilə KXDR arasında münasibətlərin keyfiyyətcə yeni, strateji səviyyəyə çatdığını bildirib. O qeyd edib ki, bu, iki ölkə liderlərinin sentyabr görüşündən sonra baş verib.

Lavrov xatırladıb ki, 75 il əvvəl SSRİ ilk olaraq gənc Koreya dövlətini tanıyıb. XİN rəhbəri əlavə edib ki, KXDR-in keçmiş liderləri də Moskva ilə Pxenyan arasında münasibətlərin inkişafına öz töhfələrini veriblər.

KXDR xarici işlər naziri qeyd edib ki, iki ölkənin xarici işlər nazirlərinin təkbətək görüşlərində yoldaşlıq əlaqələri möhkəmlənir və Koreya-Rusiya münasibətləri yeni canlılıqla inkişaf edir.

Azpost.info

 

Əvvəlki məqalə

“Beynəlxalq Olimpiya Komitəsi rusiyalı idmançılara qarşı etnik ayrı-seçkiliklə məşğuldur”

Sonrakı məqalə

Rusiya Duması BMT-ni Qəzza və İsraildə axan qanı dayandırmağa