Lavrov Ukrayna ilə danışıqların perspektivlərini qiymətləndirib

“Rusiya qoşunlarının Ukraynanı tərk etməsindən və sülh müqaviləsi üzrə referendumun mənfi nəticə ilə keçirilməsindən sonra Kiyevlə danışıqlar yenidən başlamalı olacaq və Moskva belə pişik-siçan oynamaq istəmir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazirin sözlərinə görə, Moskva Ukrayna tərəfinin sülh müqaviləsi bağlanacağı təqdirdə bir neçə gün ərzində bütün hərbi əməliyyatların dayandırılmasını və Rusiya hərbçilərinin Ukraynanı tərk etməsini tələb etməsindən narahatdır:

“Bundan sonra parlamentdə referendum, ratifikasiya olacaq. Və çox böyük ehtimal var ki, bu ratifikasiya və referendum mənfi nəticə verdikdə, danışıqlar prosesi yenidən başlamalı olacaq. Biz belə pişik-siçan oynamaq istəmirik”.

“Report”

Əvvəlki məqalə

“Azəriqaz” İB-in əməkdaşı döyülüb

Sonrakı məqalə

ABŞ dövlət katibi prezident İlham Əliyevə zəng vurub