Lavrovdan Türkiyəyə çağırış:“Ukraynanı döyüşə təşviq etməyin”

“Moskva, Türkiyə də daxil olmaqla bütün ölkələrə Kiyevi döyüşə təşviq etməməyi və Ukrayna rəhbərliyinin açıqlamalarını yaxşı təhlil etməyi tövsiyə edir”.

TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov, həmçinin rəsmi Kiyevin reytinq arxasınca ehtiyatsız hərəkətlərə keçə biləcəyini və bunun da pis nəticələnə biləcəyini vurğulayıb. Onun fikrincə, Ukrayna hökuməti öz xalqına qarşı müharibə aparır.
“Ünsiyyət qurduğumuz bütün məsul ölkələrə – Türkiyə onlardan biridir – vəziyyəti, Kiyev rejiminin əbədi döyüşçü bəyanatlarını təhlil etmələrini və bu militarist hissləri bəsləməmələri barədə xəbərdar etmələrini şiddətlə tövsiyə edirik” – deyə Lavrov bildirib.(Türküstan.info)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanlı “qanuni oğru” Əli Heydərov Moskvada qətlə yetirilib

Sonrakı məqalə

Rusiya Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı qərar verib