Leninin mavzoleyi qarşısında aksiya –

"Oyan, yeni çarımız var!"
07 İyun 2021 - 08:06

Moskvanın Qırmızı meydanındakı Lenin mavzoleyində dünya proletarlarının liderini “oyatmaq” istəyən şəxs saxlanılıb.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Ruslan Osipov adlı şəxs təkbaşına piket keçirərək, üzərində ingilis dilində “Oyan, bizim yenə çarımız var” yazılı lövhə qaldırıb.

Qısa müddət sonra polislər ona yaxınlaşaraq, nümayişçini ərazidən uzaqlaşdırıblar.