Lerikdə 5 ton çəkisi olan 15 mindən çox xaşxaş kolu aşkar edilib

23 İyun 2021 - 12:49

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional və Lerik Rayon Polis şöbələrinin əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində xidməti ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildiriblər ki, rayonun Orand kəndi ərazisində 7 hektar sahədə yabanı halda bitmiş 15 min 321 xaşxaş kolu aşkarlanıb. Ümumi çəkisi 5672 kiloqram olan həmin bitkilər yandırılaraq məhv edilib.