Lerik rayonunun Şıxondi kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Noda kənd sakini 1985-ci il təvəllüdlü Mail Qurbanovun idarə etdiyi “KIA” markalı avtomobil körpüdən çaya aşıb. Nəticədə sürücü M.Qurbanov və sərnişini – 1981-ci il təvəllüdlü Nazim Ağayev hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişin – 1982-ci il təvəllüdlü Vüsal Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisəyə avtomobilin qarşısına mal-qaranın çıxması ilə əlaqədar sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalar aparılır.