Lerikdə ağır qəza –Avtomobil körpüdən çaya düşdü, iki nəfər həlak oldu

Lerik rayonunun Şıxondi kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Noda kənd sakini 1985-ci il təvəllüdlü Mail Qurbanovun idarə etdiyi “KIA” markalı avtomobil körpüdən çaya aşıb. Nəticədə sürücü M.Qurbanov və sərnişini – 1981-ci il təvəllüdlü Nazim Ağayev hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişin – 1982-ci il təvəllüdlü Vüsal Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəyə avtomobilin qarşısına mal-qaranın çıxması ilə əlaqədar sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərişıq”dan xəbərdarlıq:

Sonrakı məqalə

Ədliyyə Nazirliyinin səlahiyyətləri artırılıb