Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Lerikdə “COP29: Yaşıl Gələcək Naminə Meşələri Qoruyaq” layihəsi üzrə tədbir keçirildi – FOTOLAR

User 02 İyun 2025 - 13:20 (Last updated: 03 İyun 2025 - 11:22)
le02

Lerik rayonu füsunkar təbiəti, zümrüd meşələri ilə adı dillər əzbəri olan regionlarımızdandır. Qədim dövrlərdən başlayaraq bu günə kimi bura səyahətə gələnlər Lerik meşələrinin gözəlliyinə heyran qalaraq onu vəsf etmişlər.

“Mühit” Ekoloji Mühafizə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “COP29: Yaşıl Gələcək Naminə Meşələri Qoruyaq” layihəsinin fəaliyyət proqramına uyğun olaraq Lerik rayonunda tədbir keçirmişdir. Birliyin sədri Əzizağa Hünbətəliyev layihənin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verərək, meşələrin qorunmasının həyati vacibliyini vurğuladı və bu işdə ictimai dəstəyin əvəzsiz rol oynadığını qeyd etdi. O, ötən ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 sessiyasının bütün dünyada müsbət qarşılandığını bildirərək, Bakıda keçirilmiş konfransın gündəliyini və ölkəmizin bu məqsədlə üzərinə götürdüyü ekoloji öhdəlikləri iştirakçıların diqqətinə çatdırdı.

Tədbirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Mülki Müdafiəyə Hazırlıq Şöbəsinin rəis müavini Ramil Məcidov yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlər və belə məqamlarda davranış qaydalarından danışdı. Adı çəkilən Nazirliyin maarifləndirmə sektorunun baş məsləhətçisi Qadir Kazımov meşə ərazisində fövqəladə hallar zamanı sistemli yanaşma və qabaqlayıcı tədbirlərin əhəmiyyətini vurğuladı. Lerik rayon Piran kənd İcra nümayəndəsi Rizvan Əsədov kənd camaatı arasında zaman-zaman meşələrin qorunmasının zəruriliyi ilə bağlı fərdi və kollektiv söhbətlər aparıldığını qeyd etdi.

Layihənin eksperti, hüquqşünas Aydın Kərimov meşələrin qorunmasının həyati əhəmiyyətini xatırladaraq, bu məqsədlə ölkəmizdə və dünyada görülən işlərə istinad etdi və qanunsuz meşə istismarı və digər qanun pozuntuları zamanı Cinayət və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini tədbir iştirakçılarının diqqətinə çatdırdı. İştirakçıların çoxsaylı sualları cavablandırıldıqdan sonra, onların iştirakı ilə Piran kəndinin Lənkəran-Lerik magistral yolunun kənarında və Zəriküməci-Hamarat kəndləri meşə ərazilərində yanğına həssas yerlərdə məlumatlandırıcı lövhələr quraşdırıldı.

 

AzPost.az

Post navigation

Previous: Dövlət Məşğulluq Agentliyi peşələr festivalının təşkilatçılığını vergi borcu olan şirkətə verib
Next: Zelenski Litvaya səfər edib

Oxşar xəbərlər

sahil babayev
  • Sosial

2027-ci ildə sosial xərclərə 1,6 milyard manat əlavə pul ayrılacaq

User 11 Noyabr 2026 - 11:47
DIN
  • Sosial

Bir gündə 35 axtarışda olan şəxs tutuldu – Onlardan 19-u borclu olub

User 11 Noyabr 2026 - 10:05
bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35

xƏBƏR

aqrar03
  • İqtisadiyyat

Azərbaycanda saatlıq maaş tətbiq oluna bilər – İlk olaraq hansı sahələri əhatə edəcək?

User 11 Noyabr 2026 - 12:05
Azərbaycanda minimum əməkhaqqının hesablanması sistemində dəyişiklik edilməsi təklif olunur. Yeni yanaşmaya əsasən, müəyyən sahələrdə qısamüddətli əmək müqaviləsi...
Read more about Azərbaycanda saatlıq maaş tətbiq oluna bilər – İlk olaraq hansı sahələri əhatə edəcək?
Azərbaycanın neft hasilatı azalır – Büdcə və manat üçün nə dəyişəcək? neftimage
  • Baş Yazı

Azərbaycanın neft hasilatı azalır – Büdcə və manat üçün nə dəyişəcək?

User 11 Noyabr 2026 - 12:00
2027-ci ildə sosial xərclərə 1,6 milyard manat əlavə pul ayrılacaq sahil babayev
  • Sosial

2027-ci ildə sosial xərclərə 1,6 milyard manat əlavə pul ayrılacaq

User 11 Noyabr 2026 - 11:47
Amerikalıların 71%-i Konqresdən İranla müharibəni dayandırmağı tələb edir abs secki
  • Dünya

Amerikalıların 71%-i Konqresdən İranla müharibəni dayandırmağı tələb edir

User 11 Noyabr 2026 - 10:52
İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.