Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Lerikdə Şəhid Ceyhun Səfərovun ailəsinin evi niyə bu gündədir? –

User 09 Avqust 2024 - 21:59 (Last updated: 21 May 2025 - 20:15)
sehid01
Vətən müharibəsində şəhid olmuş Ceyhun Səfərovun anadan olduğu ev ciddi şəkildə təmirə ehtiyacı var. 
Azpost.info bildirir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Lerik rayonunun Cənginəvud kənd sakini olmuş Ceyhun Səfərov 44 günlük Vətən Müharibəsi başlananda Türkiyədə işləyirdi. Müharibə başladıqdan dərhal sonra Azərbaycana qayıdan Ceyhun könüllü olaraq Qarabağ savaşına yollanıb. Qeyd edək ki, hərbi komissarlıqdan ona heç bir çağırış vərəqəsi gəlməyib. Ceyhun ürəyinin səsi ilə silaha sarılıb və döyüşə yollanıb.  Lerik rayonu hərbi komissarlığına gələn Ceyhun dərhal ön cəbhəyə göndərilməsini xahiş edib.
Ceyhun Səfərov artilleriya atıcısı kimi torpaqlarımızın yağı düşməndən azad olunmasında döyüşüb. Cəbrayıl, Fizüli, Zəngilan rayonlarının azad olunmasında şücaət göstərib. 21 oktyabr 2020-ci ildə döyüş zamanı 27 yaşlı Ceyhun Səfərov Vətən uğrunda şəhid olub.
Şəhid Ceyhun Səfərovun ölkəmizin ərazi bütövlüyü naminə, göstərdiyi igidliklər Azərbsycan Respublikası Prezidenti, Ali Baş Komandan cınab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilib.
Dövlətimiz və xalqımız vətən uğrunda canını fəda vermiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini hər zaman uca tutur. Şəhid ailələrinə dövlət qayğısı göstərilir. Lerik rayonu Cənginəvud kənd sakini, şəhid Ceyhun Səfərovun valideynləri nədənsə bu qayğıdan kənarda qalıblar.
Köhnə, təmirsiz ev, çatlamış divarlar- Ötən 4 ildə Şəhidin doğludğu ev diqqətdən kənarda qalması anlaşılmazdır.
Övladını vətən uğrunda qurban vermiş valideynlərin bütün sosial və mənəvi problemlərinin həll olunması lazımi qurumların borcudur. Ümid edirik ki, Lerikin səlahiyyətliləri buna biganə qalmayacaq.
Azpost.info 

Post navigation

Previous: Güləşçimiz yarımfinalda 7-0 uduzdu
Next: “Onlar bizim tanklarımızı Almaniyada görəcəklər” –

Oxşar xəbərlər

kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 29 Oktyabr 2026 - 14:03
mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26

xƏBƏR

kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq iqtisadi və daşınmaz...
Read more about İpoteka Fondunda ekspertlərlə görüş keçirilib
Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.