Lerikdə torpaq sürüşdü, ev dağıldı –

Ölən və xəsarət alanlar var (FOTO)
07 Mart 2020 - 12:04

Bu gün səhər saatlarında Lerikdə torpaq sürüşməsi olub, 1 nəfər ölüb.

Hadisə rayonun Çayrud kəndində baş verib.

Belə ki, torpaq sürüşməsi nəticəsində Əlirzayev Arifə məxsus ev dağılıb.

  1. Əlirzayev ölüb, ailənin digər iki üzvü isə xəsarət alıb.

Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. (APA)