Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Lerikdə torpaq sürüşdü, evlər və orta məktəb təhlükə altına düşüb

User 18 Yanvar 2023 - 10:44 (Last updated: 21 May 2025 - 20:15)
astara surusme

Lerikin Hamarmeşə kəndində torpaq sürüşməsi baş verib.

Son günlər bölgəyə yağan güclü qarın əriməsi dağətəyi ərazilərdə sürüşmə zonalarını yenidən aktivləşdirib. Lerik rayonunun Hamarmeşə kəndində aktiv sürüşmə kənd sakinləri Rauf Əhmədov və Fərman Haşımovun həyətyanı sahələrində müşahidə olunub.

Torpaq qatı sürüşərək Rauf Əhmədovun yaşadığı evin divarlarına qədər çatıb. Evdə çatlar əmələ gəlib. Bu vəziyyət, ətrafda yaşayan sakinləri də narahat edir. Onların sözlərinə görə, kənd məktəbinə gedən əsas yol da sürüşməyə məruz qalıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Aslanov APA-ya bildirib ki, aidiyyəti orqanlar bu barədə məlumatlıdırlar: “Hamarmeşə kənd sakini Əhmədov Rauf Rakif oğluna məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş verib. Həmin yaşayış evinə rayon Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib, müvafiq qaydada akt tərtib edilib. Tərtib edilən sənədlər evə təkrar baxış keçirilməsi üçün İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib. Baş vermiş torpaq sürüşməsi fərdi yaşayış evinin gələcək istismarı üçün təhlükə yaradıb. Eyni zamanda Hamarmeşə kənd tam orta məktəbinə və həmin istiqamətdə yerləşən bir neçə fərdi yaşayış evinin yolu da sürüşmə ərazisindən keçir. Bu da gediş-gəlis üçün çətinliklər yaradır”.

Qeyd edək ki, aktiv sürüşmə zonası olan yoldan 200-ə yaxın ailə istifadə edir.

Post navigation

Previous: Masazırda küçədə yeni doğulan körpənin meyiti tapıldı –
Next: Şeyxülislam və dini icma rəhbərləri 20 Yanvarla bağlı Bəyanat yaydılar

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.