Masazırda küçədə yeni doğulan körpənin meyiti tapıldı –FOTO

Abşeron rayonunda küçədə uşaq meyiti tapılıb.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilib ki, Abşeron rayonu Masazır qəsəbəsində küçədən yeni doğulmuş körpənin meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Abşeron rayon Prokurorluğundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

İranla sərhədin nəzarətə götürülməsi ilə narkotrafikin qarşısı alınıb –

Sonrakı məqalə

Lerikdə torpaq sürüşdü, evlər və orta məktəb təhlükə altına düşüb