Leyboristlər Partiyası 1935-ci ildən bəri ilk dəfə ən ağır məğlubiyyətə uğrayıb

13 Dekabr 2019 - 20:13

Böyük Britaniyanın Leyboristlər Partiyasının rəhbəri Ceremi Korbin növbəti seçkilərdə partiyaya rəhbərlik etməyəcəyini açıqlayıb.

İcmalar Palatasına keçirilən seçkilərın nəticələrini öyrəndikdən sonra məyus olduğunu söyləyən Korbin partiyaya rəhbərliyi başqasına təhvil verəcəyini bəyan edib.

Dekabrın 12-də keçirilən növbədənkənar parlament seçkilərində Leyboristlər Partiyası 203 səs toplayaraq 1935-ci ildən bəri ən zəif aşağı nəticə əldə edib.

Xatırladaq ki, Ceremi Korbin Leyboristlər Partiyasına 2015-ci ildən rəhbərlik edir.