Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Leyla Əliyeva “ASAN Məktub”un 10 illiyinə həsr olunan tədbirdə iştirak edib

User 18 Dekabr 2025 - 22:00 (Last updated: 18 Dekabr 2025 - 22:56)
leyla

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

ASAN könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər qonaqların da iştirak etdiyi tədbir “ASAN xidmət” və “Bilim Bakı” mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti, həmçinin “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual məhsulunun 30-dan çox ölkəyə ixrac edildiyi bildirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “ASAN Məktub” ağacındakı məktublardan birini öhdəliyə götürüb.

Səyyar ASAN xidmət avtobusu ilə tanışlıq çərçivəsində diqqətə çatdırılıb ki, əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir.

“Bilim Bakı” mərkəzinin fəaliyyəti də maraqla qarşılanıb. Qeyd olunub ki, mərkəzin fəaliyyəti 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişafına yönəlib. Əsas məqsəd şagirdlər arasında həmin sahələrə marağı artırmaq, müasir tələblərə cavab verən bilik və bacarıqları aşılamaqdır.

Tədbirin rəsmi hissəsi “ASAN Məktub” sosial proqramının 10 illik fəaliyyətinə dair videoçarxın nümayişi ilə başlayıb. Məlumat üçün bildirilib ki, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı 3–14 yaşarası sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq, onlara sevinc, diqqət və qayğı bəxş etmək məqsədilə 2015-ci ildən həyata keçirilir. Proqram çərçivəsində bu günədək 56 region üzrə ümumilikdə 10 512 məktuba uyğun arzular gerçəkləşdirilib.

Qonaqlara “Bir qəlbi də sən isit” layihəsi haqqında da məlumat verilib. Layihə çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayı ərzində 3-14 yaşarası sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşdirildiyi vurğulanıb. İndiyədək ölkənin müxtəlif bölgələrində 2 500-dən çox uşağın arzusunun reallaşdırıldığı diqqətə çatdırılıb.

Sonra “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində musiqi ifa edilib, rəqs nümunəsi nümayiş olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “ASAN Məktub”, “Yaşıl ASAN” və “ABAD” stendlərinə də baş çəkib.

Tədbir Dövlət Agentliyinin həyətində təşkil edilən ağacəkmə aksiyası ilə davam edib.

Tədbir çərçivəsində, həmçinin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən və Sosial Xidmət Mərkəzlərindən olan uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.

AzPost.az

Post navigation

Previous: Yeni il süfrəsində hansı qaydada yemək lazımdır?
Next: Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham muraciet
  • Baş Yazı

Prezident İlham Əliyev Zəfər günü münasibətilə xalqı təbrik etdi – TAM MƏTN

User 08 Noyabr 2026 - 12:31
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində...
Read more about Prezident İlham Əliyev Zəfər günü münasibətilə xalqı təbrik etdi – TAM MƏTN
“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.