Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Leyla Əliyeva və Arzu Əliyeva Banqladeşdə uşaq evini ziyarət ediblər

User 07 Dekabr 2025 - 17:22 (Last updated: 07 Dekabr 2025 - 17:22)
leyla banqlades

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasına səfər çərçivəsində dekabrın 6-da paytaxt Dəkkə şəhərində yerləşən valideyn himayəsindən məhrum olmuş və kimsəsiz qız uşaqları üçün müəssisəni ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, “Shorkari Shishu Poribar” (Dövlət Uşaq Evi) adını daşıyan bu müəssisənin rəhbərliyi və müəllim-tərbiyəçi heyəti qonaqlara qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Banqladeş Sosial Xidmətlər İdarəsinin nəzdində fəaliyyət göstərən və müxtəlif mənbələrdən könüllü ianələr hesabına maliyyələşən müəssisədə 130-dan çox uşaq daimi əsasda yaşayır. Onlara təhsillə yanaşı, gələcək həyata hazır olmaları üçün peşə təlimləri keçirilir və iş bacarıqları öyrədilir.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaq evinin şəraiti və ehtiyacları, o cümlədən yataqxanası və tədris otaqlarının vəziyyəti ilə tanış olub, müəllim heyəti və uşaqlarla səmimi söhbət ediblər. Onlara Azərbaycan dövlətinin qlobal səviyyədə daim rəhbər tutduğu humanizm prinsipindən çıxış edərək Heydər Əliyev Fondu vasitəsilə müxtəlif ölkələrdə sosial layihələr həyata keçirdiyi barədə məlumat verilib, müəssisə ilə yardım proqramının icrası məsələsi müzakirə olunub.

Sonda uşaq evinin şagirdləri Azərbaycandan gələn qonaqlar qarşısında Banqladeş xalq mahnılarından və rəqslərindən ibarət proqramla çıxış ediblər.

AzPost.az

Post navigation

Previous: Rusiya Ukraynada su anbarının bəndinə zərbə endirib
Next: HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb

Oxşar xəbərlər

sahi
  • Sosial

Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE

User 27 Oktyabr 2026 - 13:21
sahi
  • Sosial

Penitensiar xidmətə yeni rəis təyin edildi – SƏRƏNCAM

User 27 Oktyabr 2026 - 13:18
zahid oruc
  • Sosial

Deputat Zahid Orucdan sökülən evlərə görə kompensasiya təklifi – kimə nə qədər pul veriləcək?

User 27 Oktyabr 2026 - 13:03

xƏBƏR

Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb. APA-nın məlumatına görə, hadisə rayonun Sarvan kəndində...
Read more about Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib ilham isesko
  • Siyasət

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

User 27 Oktyabr 2026 - 14:07
Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı putin telefon
  • Dünya

Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı

User 27 Oktyabr 2026 - 13:57
Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb turkiye
  • Dünya

Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb

User 27 Oktyabr 2026 - 13:45
Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE sahi
  • Sosial

Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE

User 27 Oktyabr 2026 - 13:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.