Leysan Göyçayda bir sıra fəsadlar törədib, Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşıb

Bu gün günorta saatlarında başlayan güclü leysan xarakterli yağışlar Göyçayda bir sıra fəsadlar törədib.

APA -nin Şirvan bürosu xəbər verir ki, yağan güclü leysan yağışları nəticəsində Göyçayın Qaraməryəm qəsəbəsinə, Yekəxana, eləcə də Şahsoltanlı kəndlərinə ciddi ziyan dəyib. Sel nəticəsində, Bakı-Şamaxı-Yevlax yolunda infrastruktur və yol qurğuları sıradan çıxıb. Ərazidə yerləşən obyektlər su altında qalıb.

 

İlkin məlumatlara əsasən, sel xırdabuynuzlu heyvanları da aparıb. Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hər iki istiqamətdə hərəkət məhdudlaşdırılıb.

Ümumilikdə 7 avtomobil sel suları altında qalıb.

Əvvəlki məqalə

Niger bələdiyyələri yeni hökuməti dəstəklədiklərini bəyan ediblər

Sonrakı məqalə

Güclü leysan İsmayıllıda fəsadlar törədib