Liberal Partiyasının İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə vəfat edib

16 Fevral 2021 - 17:49
Azərbaycan Liberal Partiyasına ağır itki üz verib.
Partiya İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə bu gün qəflətən vəfat edib.
Azpost.info bildirir ki, bu barədə ALP-nin sədri Əvəz Temirxan məlumat verib.
Azərbaycan Liberal Partiyasının ilk dövründə Elman Məmmədzadə onun sıralarına qatılmış, 1996-98-ci illərdə Sumqayıt şəhər şöbəsinin sədri, 1998-99-cu illərdə ALP İcraiyyə Komitəsinin sədr müavini, 1999-2007-ci illərdə partiyanın sədr müavini vəzifəsində çalışıb. 2007-ci ildən partiyanın İcraiyyə Komitəsinin sədridir. ALP-nin mərkəzi seçki qərargahının rəhbəri olub.
Allah rəhmət eləsin!