Limonun soyuqdəyməyə köməyi yoxdur- İmmunloq

Limon virus mənşəli xəstəliklərlə mübarizədə gücsüzdür. 

Azpost.info xəbər verir ki, bunu rusiyalı immunoloq Andrey Prodeus bildirib.

Onun sözlərinə görə, bu, yalnız bir dəfəyə 195 limon yeyiləcəyi təqdirdə mümkündür.

“Finlandiyada limonun viral xəstəliyin müddətini azaltmağa kömək edib-etmədiyinə dair araşdırma aparılıb. Məlum olub ki, belə bir şeyin baş verməsi üçün bir dəfəyə 195 limon yemək lazımdır. Ona görə də bu sitrus sizi soyuqdəymədən xilas etməyəcək”, – həkim deyib.

O, limonun zəngin C vitamini mənbəyi olduğunu da mif adlandırıb. Dediyinə görə, bu sitrusa turşluq verən C vitamini deyil, tərkibindəki limon turşusudur. Üstəlik, vitaminin ən yüksək konsentrasiyası qabığında olur.

Azpost.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.