Litva ordunun hazırlıq səviyyəsini artırır- Rusiyada elan edilmiş səfərbərliyə görə

Rusiyada elan edilmiş qismən səfərbərliyə görə Litva hakimiyyəti öz ordusunun hazırlıq səviyyəsini artırmaq qərarına gəlib.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Arvidas Anusauskas bildirib.

Onun sözlərinə görə, bu, Litvanın Kalininqrad vilayəti ilə həmsərhəd olması ilə bağlıdır.

“Rusiyanın qismən hərbi səfərbərliyi bizim yanımızda – Kalininqrad vilayətində həyata keçiriləcəyindən Litva seyrçi qala bilməz. Çevik reaksiya qüvvələrimizin hazırlıq səviyyəsi artırılır”, – nazir bildirib.

O, həmçinin Vilnüsün Ukraynaya gələcək hərbi yardımı müzakirə etdiyini deyib və bütün müttəfiqləri bu yardımı artırmağa çağırıb.

Azpost.info

Əvvəlki məqalə

“VPN-dən istifadə zamanı təhlükəsizliyə xüsusi diqqət etmək lazımdır”

Sonrakı məqalə

“Rusiyada səfərbərlik elan etmək münaqişəni gərginləşdirməkdir”