“Çin Litvanı iki ölkənin ikitərəfli əməkdaşlığının siyasi əsaslarını sarsıtmağı dayandırmağa və Tayvanla bağlı mövqeyindəki səhvləri düzəltməyə çağırır”.
Azpost.info xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib.
“Litva hökumətinin yüksək rütbəli məmuru Tayvana gözlənilməz səfər etməklə Vilnüsün “Vahid Çin” prinsipinə sadiq qalmaqla bağlı üzərinə götürdüyü siyasi öhdəlikləri, həmçinin beynəlxalq münasibətlərin əsas normalarını açıq-aşkar pozub”, – Venbin bildirib.
O, Çinin Litvaya qarşı sanksiyalarını qanuni və ağlabatan adlandırıb: “Biz Vilnüsu doğru ilə yanlışı ayırmağa, səhvlərini dərhal düzəltməyə və Çin-Litva ikitərəfli əməkdaşlığının siyasi əsasını bir daha pozmamağa çağırırıq”.
Azpost.info
