Livanda partlayışda 8 nəfər ölüb, 2800 yaralı var

Livanın paytaxtı Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları partladılıb.

Bu barədə “Sky News Arabia” məlumat yayıb.

Bildirilib ki, peycer partlayışları nəticəsində  azı 2800 nəfər yaralanıb, 8 nəfər isə həlak olub.

Yerli mediada yayımlanan görüntülərdə “Hizbullah” üzvlərinin telefon dinləmələri üçün istifadə etdikləri cihazların anidən partladığı görünür.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.