Livanın Baş Naziri və Kabinet istefaya gedir –

“Korrupsiya dövlətdən güclü çıxdı”
10 Avqust 2020 - 22:10

Livanın Nazirlər Kabineti istefaya göndərilir.

Azpost.info bildirir ki, bu barədə Livanın Baş naziri Həsən Diab məlumat verib.

“Bu gün mən hökumətin istefası ilə bağlı qərarı elan etməliyəm. Allah Livanı hifz etsin. Xalqa və ölkəmizə çiçəklənmə arzulayıram”.

Xalqa TV-dən etdiyi vida müraciətində Baş nazir deyib ki, korrupsiya sistemi Livan dövlətindən güclü çıxdı”.