Belarusda yenidən etiraz aksiyası keçirilir –30 nəfər həbs edilib, Minskin küçələri bağlanıb

Belarusda yenidən etiraz aksiyası başlayıb.

Azpost.info TASS-a istinadən bildirir ki, axşam saatlarında başlanan aksiya iştirakçıları idman sarayının qarşısına yığılıblar.

Milis aksiya iştirakçılarını həbs etməyə başlayıb. 30 nəfərin həbs olunduğu bildirilir. OMON etirazçıları sarayın qarşısından sıxışıdırıb çıxarmağa çalışır. Minskin mərkəzi küçələri bağlıdır.

Etiraz aksiyaları digər şəhərlərdə də keçirilir. Mogilyov şəhərində 2 min insan küçəyə çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Livanın Baş Naziri və Kabinet istefaya gedir –

Sonrakı məqalə

Türkiyədə koronavirusdan sağalanların sayı 224 min nəfəri ötüb