“Livanla sərhəddə genişmiqyaslı hərbi əməliyyatlara hazırıq”- NETANYAHU

“İsrail ordusu Livanla sərhəddə genişmiqyaslı hərbi əməliyyatlar keçirməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

O, İsrail-Livan sərhəd bölgəsinə səfəri zamanı bu barədə xəbərdarlıq edib: “Biz şimalda çox güclü hərəkətlərə hazırıq”.

Netanyahu bu bəyanatı son günlər İsrail ərazisinin Livandan Hizbullah döyüşçülərinin atəşə tutması fonunda verib. İyunun 4-də bildirilib ki, mütəmadi atəşlərdən sonra İsrailin şimalında yanğınlar başlayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.