“Liverpul” növbəti dəfə məğlub olub –

İngiltərə Premyer Liqası
21 Fevral 2021 - 01:53

Fevralın 20-də futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunun növbəti oyunu keçirilib.

Son ölkə çempionu “Liverpul” öz meydanında “Everton” komandasını qəbul edib.

“Enfild” stadionunda baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı erkən qolla (3-cü dəqiqə) Riçarlison açıb.

Fasilədən sonra görüşün 83-cü dəqiqəsində “Everton” rəqibin qapısına ikinci dəfə yol tapa bilib. Qulfi Siqurdsson adını tabloya yazdırıb.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Bu nəticədən sonra hər iki klubun aktivində 40 xal var və komandalar altıncı-yeddinci yerləri bölüşürlər.