Liz Trass yeni nazirlər təyin edibADLAR

Böyük Britaniyanın yeni baş naziri Liz Trass kabinetin tərkibini yaratmağa başlayıb.

İlkin olaraq Tereza Koffi səhiyyə və sosial qayğı üzrə nazir təyin edilib. O, həm də baş nazirin müavini vəzifəsini tutacaq.

Kvasi Kvartenq yeni maliyyə naziri təyin edilib.

Ceyms Kleverliyə isə Liz Trassın yeni hökumətində xarici işlər naziri vəzifəsi həvalə edilib.

Suella Braverman Böyük Britaniyanın yeni daxili işlər naziri olub.

Bu barədə Böyük Britaniya Baş nazirinin ofisi məlumat yayıb.

Həmçinin Brandon Luis isə ədliyyə naziri vəzifəsinə təyin olunub.

Əvvəlki məqalə

“Cinayətkar dəstənin “xaç ataları” bu gün azadlıqdadırlar”

Sonrakı məqalə

Zelenski Liz Trassla telefon danışığı aparan ilk prezident olub