Lukaşenko Moskvaya gedib –Putinlə görüşəcək

Belarus lideri Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə yollanıb.

Azpost.info xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

“Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putinin ikitərəfli formatda danışıqlar aparması planlaşdırılır. Söhbətin əsas mövzularından biri əməkdaşlığın inkişafı və idxalın əvəzlənməsi üzrə birgə iş olacaq”, – məlumatda deyilir.

Bu gün Moskvada Lukaşenkonun iştirakı ilə KTMT ölkələrinin liderlərinin görüşünün keçiriləcəyi də bildirilir. Tədbir Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının və bu təşkilatın yaradılmasının 20 illiyinə həsr olunub. “Yubiley mövzusundan əlavə, liderlər regionda və dünyada mövcud problemlər ətrafında fikir mübadiləsi aparacaq, yaranan müxtəlif çağırış və təhdidlərə qarşı birgə cavab tədbirlərini müzakirə edəcəklər”, – mətbuat xidməti əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya Mariupolda irimiqyaslı təxribat planlaşdırıb” –

Sonrakı məqalə

Türkiyə parlamentinin sədri Azərbaycana gəlir