“Lukoil” vitse-prezident Maqanovun ölümünü rəsmən təsdiqlədi- Başsağlığı verdi

“Lukoil” neft şirkəti Direktorlar Şurasının sədri Ravil Maqanovun ölümünü rəsmən təsdiqləyib.

Azpost.info xəbər verir ki, şirkət Maqanovun ölümü ilə bağlı başsağlığı verib, onun “Lukoil”in inkişafında əvəzsiz xidmətlərini qeyd edib.

“Lukoil” Direktorlar Şurasının sədri Ravil Maqanovun ağır xəstəlikdən sonra vəfat etməsini dərin hüznlə bildiririk”, – başsağlığında deyilir.

“Lukoil” Maqanovun şirkətin və bütün Rusiya neft-qaz sənayesinin inkişafına əvəzsiz töhfəsindən bəhs edib: “Neft mədənlərinin operatoru kimi işə başlayan Ravil Maqanov bir neçə ildən sonra “Lukoil”in tarixinin başladığı üç istehsal müəssisəsindən biri olan “Lanqepasnefteqaz” İstehsalat Birliyinə rəhbərlik edib. Ravil Ulfatoviç Maqanov uzun illər karbohidrogenlərin geoloji kəşfiyyatı və hasilatı blokuna rəhbərlik edib. Birinci vitse-prezident vəzifəsində çalışıb və 2020-ci ildə Direktorlar Şurasının sədri seçilib”.

O da qeyd olunub ki, Rusiya yanacaq-energetika kompleksinin inkişafındakı uğurlarına görə Maqanov çoxsaylı dövlət mükafatlarına layiq görülüb: “Ravil Maqanovun idarəçilik istedadı sayəsində “Lukoil” qısa müddətdə kiçik neft hasilatı konsernindən dünyanın aparıcı enerji şirkətlərindən birinə çevrildi, neft və qaz hasilatının həcmini dəfələrlə artırdı”.

Azpost.info

Əvvəlki məqalə

Putin Qorbaçovla vidalaşdı, dəfnə gəlməyəcək –

Sonrakı məqalə

“Qarabağ” azarkeşlərinə görə cəzalanıb