Putin Qorbaçovla vidalaşdı, dəfnə gəlməyəcək –VİDEO

Rusiya Prezidenti Vladimir Putin Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Putinin hazırda Kalininqradda olduğunu, ora yola düşməzdən əvvəl Mərkəzi Klinik Xəstəxanada Qorbaçovla vidalaşdığını söyləyib:.

“Kalinqrada yola düşməzdən əvvəl Prezident Mərkəzi Klinik Xəstəxanada dayandı və Mixail Sergeyeviç Qorbaçovla vidalaşdı. Bilirik ki, ümumi vida və.dəfn mərasimi sentyabrın 3-də keçiriləcək, amma təəssüf ki, Prezidentin iş qrafiki bunu sentyabrın 3-də etməyə imkan vermədiyi üçün o, bu gün Mixail Qorbaçovla vidalaşmaq qərarına gəlib”, deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov onu da qeyd edib ki, Qorbaçovun dəfn mərasimində dövlət dəfn mərasiminin elementləri, o cümlədən fəxri qarovul dəstəsi olacaq. Onun sözlərinə görə, dövlət dəfn mərasiminin təşkilinə kömək edəcək.

Əvvəlki məqalə

“Ölkənin inkişafını təbii resurslar yox, bilik, savad müəyyən edir” –

Sonrakı məqalə

“Lukoil” vitse-prezident Maqanovun ölümünü rəsmən təsdiqlədi