Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub

Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anri noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransı – COP29-a dəvət olunub.

Bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Aİ yanındakı missiyanın rəhbəri Vaqif Sadıqov “X” hesabında bildirib.

“Bu gün Lüksemburqun Böyük Hersoqunun müşaviri Mark Balteslə görüşərək Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Hersoq Əlahəzrət Anriyə noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət məktubunu təqdim etməkdən məmnun oldum”, – diplomat paylaşımında qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.