Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin sabiq rəisi, ehtiyatada olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi Nazirliyində vəzifəyə təyin olunub.
Azpost.info “AzeriDefence”-ə istinadən bildirir ki, Mehman Baxışov bu günlərdə Müdafiə Sənayesi naziri Mədət Quliyevin müşaviri təyin edilib.
Qeyd edək ki, general-mayor M. Baxışov oktyabr ayında Azərbaycan Ordusunda hərbi xidmətdən ehtiyata buraxılıb.