Məhkəmə Vüqar Səfərlini ev dustaqlığına buraxmaqdan imtina edib

05 Avqust 2021 - 16:34

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətlə çıxış ediblər.
Hakimlər müşavirədən qayıtdıqdan sonra həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vasatətin təmin olunmadığını elan olunub.

Məhkəmə baxışı avqustun 20-nə təyin edilib.