Məleykə Abbaszadə nəvələrindən, ədəbiyyatdan, ölkədən niyə getmədiyindən danışdı:

“Azadlıq cəsarət tələb edir” (MÜSAHİBƏ)  
06 Mart 2020 - 20:48

Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbasazdə epiloq.az-a verdiyi videomüsahibədə həyatından, övladlarından, işindən, ədəbiyyatdan danışıb.

Azpost.info müsahibəni oxuculara təqdim edir:

“- Məmur işinə başlayanda əkiz qızlarımın 18 yaşı tamam olmuşdu. Necə deyərlər, analıq borcumu yerinə yetirmişdim.  Öz seçimlərini elə bilirdlər”.

“-Mənim ən kiçik nəvəimin 11 ayı tamam oldu. Dünən ilk addımlarını atdı. Onu bir ay sonra görə biləcəyəm. Bayramda qonaq gedəndə. İstərdim ki, vaxtımı onlarla çox keçirim. Amma məsuliyyət hissi mənə çox vacibdir”.

“-Ətrafımda olan, məni sevən insanların ayda heç olmasa bir –iki dəfə stol arxasında oturub ünsiyətdə olmaq mənim üçün əsasdır”.

“-Məmur həyatı nə vaxtsa qurtaracaq. Amma bu o demək deyil ki, inkişafa da nöqtə qoyulur.  Elmlə məşğul olmaq həmişə mümkündür”.

“- Əsas məsələ məmur işi ilə şəxsi həyatı uyğunlaşdırmaqdır. Bu balansı özün üçün müəyyənləşdirməlisən”.

“-İnsan işi ilə yaşayır”.

“-Hər bir qadın öz övladı üçün  idealıdr. Cəmiyyət üçün kimsə ideal qadın elan oluna bilər, əsas odur ki, cəmiyyət onu qəbul etsin”.

“-Azadlıq hər bir insana ilahidən verilib”.

“- Çox zaman insanlar özləri özlərini bu azadlıqdan məhrum edirlər. Onlar özləri qərar vermirlər, əvəzində kiməsə qərar qəbul edir”.

“-Azadlıq məsuliyyətdir. Siz qərar qəbul edəndə məsuliyyəti də öz üzərinizə götürürsünüz.

“-Azadlıq cəsarət tələb edir”.

“-Azadlıq istəyən adam qərar qəbul etməli və cəsarətli olmalıdır”.

“-Uşaqlarım balaca idi, ölkədən gedə bilməzdim”.

“-Sevdiyim əsərlər çoxdur. Azərbaycan poeziyasında xoşladığlm şair Mirzə Şəfi Vazehdir. Onu rus dilində oxumuşam. Hansısa fikir məni incidəndə açıb oxuyuram, təsəlli tapıram. Vaxtilə Mixail Bulqakov, onun “Master və Marqarita” əsəri, Marina Svetayevanın əsərləri, Nəsimi  mənə böyük təsir göstərmişdi”.

“ -Kitab oxumaq peşəmdir.

“-Sosial şəbəklərdə ciddi kommentlərlə rastlaşmaq olur”.