Cəmil Quliyev “Azərbaycanfilm” Kinostudiyasının direktoru vəzifəsindən azad olunub

Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Cəmil Quliyev vəzifəsindən azad olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan Kinostudiyasının direktoru vəzifəsinin icrası Salnamə Film Studiyasının direktoru Nazim Hüseynova həvalə olunub.

Mədəniyyət Nazirliyinin mətbuat xidməti APA-ya məlumatı təsdiqləyib. Mətbuat xidmətindən bildirilib ki, C. Quliyev səhhəti ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Brent” neftinin qiyməti 46 dollara düşdü –

Sonrakı məqalə

Məleykə Abbaszadə nəvələrindən, ədəbiyyatdan, ölkədən niyə getmədiyindən danışdı: