“Mənə Ukraynaya səfəri qadağan ediblər” –Gürcüstan prezidenti

Gürcüstan prezidenti Salome Zurabişvili hökumətin onun Ukrayna, Polşa və Fransaya səfərini qadağan etdiyini bildirib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən Fransaya, Polşaya və hətta bu məsələdə bir yerdə olduğumuz və minnətdar olduğumuz Ukraynaya səfər etmək istəyirdim. Əks halda, namizəd statusunun (Avropa İttifaqına üzvlüklə bağlı-red:) verilməsi ilə bağlı sürətləndirilmiş proses getməzdi. Lakin səfər etməyimə icazə vermədilər”, – Zurabişvili bildirib.

Onun sözlərinə görə, hökumət namizəd statusunun alınması prosesini dəstəkləmək üçün artıq hər şey edildiyini deyib.

Qeyd edək ki, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Tbilisinin Ukraynaya silah verməkdən imtinasını yeni münaqişədən qaçmaq cəhdi ilə əsaslandırıb.

Azpost.info

Əvvəlki məqalə

Nazarbayev Moskvaya gəlib –

Sonrakı məqalə

ARDNF-in Müşahidə Şurasının iclası keçirilib