İran Prezidenti Həsən Ruhani Ukraynaya məxsus sərnişin təyyarəsinin səhvən vurulmasını dərhal etiraf etmədiklərinə görə üzr istəyib.
APA-nın xəbərinə görə, bu barədə bu gün H.Ruhani İran dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib.
“Mən yubanmaya və tonumuza görə üzr istəyirəm”, – deyə İran Prezidenti vurğulayıb.
O İran Silahlı Qüvvələrindən təyyarənin vurulması ilə bağlı daha çox məlumat verilməsini tələb etdiyini qeyd edib: “Mən istərdim ki, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı tədqiqatın bütün təfərrüatını xalqa açıqlasın”.
Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinın yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.