İsrailin keçmiş müdafiə naziri Benni Qantz bildirib ki, ölkənin Fələstinin radikal HƏMAS hərəkatını məğlub etməsi üçün bir neçə ay lazım ola bilər.
Azpost.info xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.
Onun sözlərinə görə, “Hizbullah” qoşularsa, münaqişə uzana bilər: “Bu çox vaxt aparacaq. Cənubda, şimalda və ya başqa yerlərdə müharibə aylar çəkə bilər. Və bərpa illərlə davam edəcək”.
Keçmiş nazir qeyd edib ki, İsrailin məqsədi təkcə HƏMAS-ı məğlub etmək deyil: “Cənubun yüz faiz cənnətə çevrilməsini təmin etmək lazımdır. Bütün cəbhələrdə qələbədən sonra ölkə hakimiyyəti özünü bu bərpaya həsr edəcək”.
Azpost.info