“Məqsədlərimizə çatdıq, İsraillə danışıqlara hazırıq”- HƏMAS

Fələstinin HƏMAS qruplaşması öz əməliyyatının məqsədlərinə nail olub və İsraillə danışıqlara hazırdır.

Azpost.info xəbər verir ki, bunu hərəkatın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuq bildirib.

“Biz hədəflərimizə çatdıq, istənilən müzakirələrə və siyasi dialoqa açığıq”, – Əbu-Mərzuq deyib.

Bundan əvvəl radikal hərəkatın yüksək rütbəli nümayəndəsi Əli Barake bildirmişdi ki, İsrailə qarşı “Əl-Əqsa fırtınası” adlandırılan hücumun məqsədi israilliləri əsir götürmək idi.

“Biz müəyyən uğurlar əldə etməyi və sonradan fələstinlilərlə dəyişdirmək üçün əsirlər götürməyi planlaşdırdıq”, – o deyib.

Qrup əsirləri İsrail həbsxanalarında saxlanılan bütün ərəblərlə, eləcə də HƏMAS-ı maliyyələşdirmək ittihamı ilə ABŞ həbsxanalarında olan bəzi fələstinlilərlə dəyişmək niyyətindədir.

Azpost.info

Əvvəlki məqalə

Ali Məhkəmədə yeni sistemin tətbiqinə başlanılıb

Sonrakı məqalə

Aparıcı Qərb dövlətlərinin liderləri İsraili dəstəklədilər –