Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Mərkəz rəhbəri: Orta Dəhlizlə bağlı prosesdə Azərbaycan lider rolunu oynayır

User 15 Noyabr 2025 - 15:13 (Last updated: 15 Noyabr 2025 - 15:41)
69185f38af05469185f38af0551763204920b8c804d1e93c031d33b8ed428a5bef90

Orta Dəhlizlə əlaqədar prosesdə Azərbaycan açıq şəkildə lider rolunu oynayır.

APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Perspektivli Beynəlxalq Tədqiqatlar İnstitutunun Strateji Əlaqə Mərkəzinin rəhbəri Nərgiz Umarova bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü çərçivəsində Özbəkistana rəsmi səfəri başlayıb: “Son illər Azərbaycan–Özbəkistan əlaqələri nəzərəçarpacaq dərəcədə intensivləşib və dinamik olaraq genişlənir. Bu inkişaf təkcə nəqliyyat sahəsi ilə məhdudlaşmır; enerji əməkdaşlığı, iqtisadi tərəfdaşlıq və xüsusilə ticarət dövriyyəsinin artımı da buna daxildir. Bununla belə, coğrafi yaxınlıq və böyük bazar imkanları fonunda hələ də istifadə edilməmiş geniş potensial mövcuddur. Hazırda Cənubi Qafqaz ölkələri ilə Orta Asiya arasında böyük bir birgə layihə – Orta Dəhliz fəal şəkildə inkişaf etdirilir. Bu prosesdə Azərbaycan açıq şəkildə lider rolunu oynayır. Özbəkistan da bu dəhlizin ən fəal iştirakçı ölkələrindən biridir. Bununla yanaşı, Özbəkistan 2019-cu ildə həm də “Kaska Plus” adlı multimodal nəqliyyat layihəsinə start verib. Bu dəhliz Şərqi Asiyadan, o cümlədən Çindən yüklərin Cənubi Qafqaz ölkələrinə, Türkiyəyə və ardından Avropaya daşınmasını nəzərdə tutur. Layihə mütəmadi genişlənir, Azərbaycan və Gürcüstanla əməkdaşlıq isə xüsusi rol oynayır”.

Ekspert vurğulayıb ki, Orta Dəhliz həm Orta Asiya və Cənubi Qafqaz ölkələri arasında ticarətin artmasına, həm də regionların tranzit potensialının yüksəlməsinə şərait yaradır: “Hazırda Avropa İttifaqı və Çin kimi böyük iqtisadi mərkəzlər daha çox quru nəqliyyat marşrutlarına üstünlük verirlər və bu da Orta Dəhlizi strateji baxımdan həlledici edir. Son üç ildə Avrasiya məkanında müşahidə edilən geosiyasi gərginliklər Orta Dəhlizin əhəmiyyətini daha da artırıb. Ölkələrimiz bu fürsətdən aktiv şəkildə yararlanır. Məsələn, ötən il Xəzər limanları vasitəsilə Orta Dəhliz boyunca 4,5 milyon ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 62% çoxdur. Bu il daşımaların təxminən iki dəfə artacağı gözlənilir. Dünya Bankı isə 2030-cu ilə qədər daşımaların 11 milyon tona çatacağını proqnozlaşdırır. Lakin bunun reallaşması üçün dəhliz boyunca iştirakçı ölkələrdə liman və nəqliyyat infrastrukturunun müasirləşdirilməsi vacibdir”.

Nərgiz Umarova vurğulayıb ki, Özbəkistanın Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda xüsusi marağı var və bu, yalnız Orta Dəhlizlə məhdudlaşmır: “Özbəkistan Mərkəzi Asiyanın tam mərkəzində yerləşir və regionun bütün ölkələri, həmçinin Əfqanıstanla həmsərhəddir. Əfqanıstan faktoru ölkəyə əlavə tranzit üstünlüyü verir. Hazırda Özbəkistan cənub nəqliyyat və tranzit dəhlizlərinin inkişafına ciddi önəm verir. Özbəkistan 2018-ci ildən etibarən Əfqanıstan üzərindən Pakistan limanlarına çıxışı təmin edən yeni tranzit marşrutunu təşviq edir və layihə artıq demək olar ki, yekun mərhələyə çatıb. Bu marşrut İran üzərindən keçən tranzitə alternativ hesab olunur və Azərbaycanla nəqliyyat sahəsində maraqların uzlaşdırılması üçün xüsusi imkanlar açır”.

AzPost.az

Post navigation

Previous: Deputat: Azərbaycan və Özbəkistan prezidentləri bu gün eyni strateji nöqtədə birləşib
Next: Evdə qadını tez yaşlandıran 5 amil

Oxşar xəbərlər

sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25

xƏBƏR

buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Antarktidada yerləşən Tueyts buzlağının (“Qiyamət günü buzlağı”) altına okeanın isti suları bir neçə kilometr məsafədə nüfuz edir...
Read more about Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.