Məşhur hind aktyoru kasıblara 1 kiloqram un payladı –

Yardımı alanlar heyrətləndilər (FOTO)
28 Aprel 2020 - 11:29

Məşhur Bollivud ulduzu Amir Xan unun içərisində pul gizlədərək, vətəndaşlara yardım edib.

Sondakika.com xəbər verir ki, Amir Xan çətin vəziyyətdə olan vətəndaşlara hərəyə bir kiloqram un paylayacağını deyib.

Həqiqətən, ehtiyacı olan vətəndaşlar Xanın payladığı yardımı alıblar və hər bağlamanın içərisinə 15 000 rupi (333 AZN) qoyulduğunu görüblər.

Məşhur hind aktyorunun yardımının cəmi bir kiloqram undan ibarət olduğunu öyrənən adamların çoxu bu yardımı almağa gəlməyib. Yalnız bu yardıma, həqiqətən, ehtiyacı olanlar A.Xana müraciət ediblər.