Məşhur müğənni Elton Con görmə qabiliyyətini itirib

Məşhur müğənni Elton Con görmə qabiliyyətini itirib.

Azpost.info xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

“Elton Con dekabrın 1-də Londonda keçirilən “The Devil Wears Prada” filminin premyerasında iştirak edib və tamaşaçılara bildirib ki, görmə qabiliyyətini itirdiyi üçün bir çox məşqlərə qatıla bilməyəcək”, – məlumatda deyilir.

Problemə infeksiyanın səbəb olduğu deyilir.

Müğənni bildirib ki, müalicə olunur, amma bu, çox uzun çəkən prosesdir.

Azpost.info

Əvvəlki məqalə

Kərə yağı niyə bahalaşır? –

Sonrakı məqalə

Livan İsraili atəşkəs rejimini 54 dəfə pozmaqda ittiham edib