Məşhur türk aktyoru Kadir İnanır xəstəxanaya yerləşdirilib

21 Noyabr 2021 - 09:00

Muğlada qəfil xəstələnən Türkiyənin məşhur aktyoru Kadir İnanır Dənizlidəki Pamukkale Universitetinin Xəstəxanasına yerləşdirilib.

NTV xəbər verir ki, aktyorun həyati təhlükəsi olmadığı və nəzarət məqsədilə reanimasiya şöbəsinə aparıldığı bildirlib.

Vəziyyəti yaxşıdır, müayinələri davam edir, bir müddət burada müalicə olunacaq”, xəstəxanadan verilən açıqlamada belə deyilib.

Qeyd edilib ki, müayinə zamanı məlum olub ki, Kadir İnanırın beyin damarında laxtalanma yaranıb.