Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məzahir Pənahovun oğlu keçmiş arvadına 390 min ödəməlidir-

User 02 Oktyabr 2025 - 17:57 (Last updated: 02 Oktyabr 2025 - 17:57)
mezahir gelini

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov onunla bağlı çıxarılan boşanma və əmlakın qaytarılmasına dair məhkəmə qərarlarından narazı qalıb və Ali Məhkəməyə şikayət verib.

M.Pənahovun həyat yoldaşı Həlimə Ələsgərova həm aralarındakı nikaha xitam verilməsi, həm də zinət əşyaları, cehizi, paltarları və s. əmlakının qaytarılması tələbiylə məhkəmədə iddia qaldırmışdı. Cütlük 2022-ci ilin iyulunda evlənib. İki il sonra qadın boşanma üçün məhkəməyə üz tutub. H.Ələsgərova bildirib ki, evləndikləri ilk vaxtlardan Məhəmməd onu döyüb, ancaq ailəsinin dağılmaması üçün uzun müddət dözüb. Onlar 2023-cü ilin oktyabrında Amerikaya – Kaliforniya ştatının Los-Anceles şəhərinə yaşamağa gediblər. H.Ələsgərova ötən ilin yanvarında Bakıya gəlib, təxminən iki ay burada qalandan sonra, martın sonunda həyat yoldaşının yanına qayıdıb. Onun sözlərinə görə, Amerikada təxminən iki ay M.Pənahovla birlikdə yaşayandan sonra onun işgəncələrinə dözə bilməyib: “Növbəti işgəncədən sonra – mayın 27-də, Məhəmməd yatdığı vaxt gizli şəkildə pasportumu və bank kartımı götürüb Bakıya qaçdım”.

Qadının dediyinə görə, əri Azərbaycana qayıtdığını bilincə, onun Bakıda yaşadıqları evə buraxılmamasına göstəriş verib. Bu məqsədlə evin qapılarındakı açarları dəyişiblər.

Sənəti rəssam olan H.Ələsgərova, bu üzdən, evdə rəsm əsərlərindən tutmuş, şəxsi əşyalarına, cehizinədək heç nəyini götürə bilmədiyini söyləyir.

Bakıya qayıdandan bir ay sonra – 2024-cü ilin iyununda boşanmaq üçün məhkəmədə iddia qaldıran H.Ələsgərova əşyalarını da tələb edib. Bildirib ki, dəyəri 170 min manat olan və toyda hədiyyə verilmiş brilyant komplekt, 85 min manatlıq təkqaş brilyant üzük, 70 min manatlıq bir başqa sırğa-üzük dəsti və s. çoxsaylı zinət əşyaları qayınanası Emma Pənahovadadır. Amerikaya gedəndə ərinin göstərişiylə ona saxlamağa vermişdi: “Deyirlər ki, mən o əşyaları özüm həmin evdən götürmüşəm. Həmin evdə, hətta eyvanlarda, dəhlizlərdə, hər yerdə 24 saat kamera işləyir. Mən ora gedib nəsə götürsəydim, ortada sübut olardı”.

Məhkəmədə H.Ələsgərovanın əmlakla bağlı iddiasına baxılanda tələb etdiyi əşyalarının bir hissəsi qaytarılıb. Yük taksisi vasitəsiylə əşyalar sənədləşdirilərək onun yaşadığı evə göndərilib. Bu üzdən, o, məhkəmənin gedişində tələb etdiyi əşyaların siyahısını azaldıb, ancaq qalan əşyaları, yaxud onların pulunu tələb edib. Bunların arasında qızıl-zinət əşyalarından başqa xəz geyimlər, bahalı ziyafət paltarları, ayaqqabılar, çantalar və s. də var.

Əmlak məsələsi ilə bağlı Pənahovlar ailəsiylə gəlin arasında qalmaqal yaşanıb. Qarşı tərəf bildirib H.Ələsgərova düz danışmır, nəyi varsa, götürüb aparıb. Tələb etdiyi 170 min manatlıq komplekt özünün deyil, baldızınındır, sadəcə, toyda ona taxmaq üçün vermişdi.

H.Ələsgərova ya qalan əşyalarını, ya da onların dəyərini təxmini hesablayıb, 590 min manata yaxın pul tələb edib. Məhkəmə onu haqlı sayaraq qalan geyim, cehiz və zinət əşyalarının qaytarılması, yaxud onların əvəzində 393 min manat ödənilməsi barədə qərar çıxarıb.

AzPost.az

Post navigation

Previous: Prezident lham Əliyev Zelenski ilə görüşdü
Next: Prezident İlham Əliyev və Makron görüşdü

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.