Məzuniyyətdə olan hərbçimiz yanaraq öldü

07 Aprel 2021 - 17:11

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sarızadə Elvin Azər oğlu aprelin 5-də məzuniyyətdə olarkən yanması nəticəsində vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, əslən Tərtərdən olan 23 yaşlı E. Sarızadə nişanlı idi.