“Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və kəskin problemdir” –Putin Paşinynla görüşdü, yolların açılmasını "fövqəladə əhəmiyyətli" adlandırdı

“Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və kəskin problemdir”.

Azpost.info Kremlin rəsmi saytına istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin aprelin 7-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

“Bizim ikitərəfli münasibətlərin qurulması və ən aktual və kəskin problem olan Qarabağda vəziyyət barədə danışımaq üçün sözümüz var“-deyə Putin vurğulayıb.

Putinin sözlərinə görə, danışıqların mühüm hissəsi regionda nəqliyyat marşrutlarının və iqtisadi münasibətlərin bərpa imkanlarıdır. “Bu, fövqəladə dərəcədə mühüm məsələdir. Nəqliyyat marşrutlarının bərpası Ermənistana ölkənin inkişafı üçün yeni imkanlar əldə etməsi üçün vacibdir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məzuniyyətdə olan hərbçimiz yanaraq öldü

Sonrakı məqalə

Zakir Həsənov Şuşa, Laçın, Kəlbəcərdəki birliklərə yeni tapşırıqlar verdi –