Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini elan edib

Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini elan edib.

Nazirlikdən Azpost.info-ya verilən məlumata görə, xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək məqsədilə 2021-ci il üçün əsas hədəflərini elan edir:

  • Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması
  • Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi
  • Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı
  • Mədəni irsin qorunması, bərpası və inkişafı
  • Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası
  • “Nizami Gəncəvi ili” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi
  • Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi
  • Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi
  • Covid-19  pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

2020-ci il dövlət büdcəsi necə icra olunub? –

Sonrakı məqalə

“Azərbaycana vizanın ləğv olunması türkiyəli turistlərin artmasına xeyli təsir edəcək” –