Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Mədəniyyət Nazirliyi Şəmkirdəki “Alman muzeyi”ndən niyə imtina edir?

Orkhan Ali 22 May 2025 - 14:57 (Last updated: 22 May 2025 - 14:58)
Alman muzeyi

Alman muzeyi

“Alman irsi mərkəzi”nin (German Heritage Centre) rəhbəri Yusif Aliyev Mədəniyyət naziri Adil Kərimliyə müraciət ünvanlayıb. AzPost xəbər verir ki, o, müraciətdə rəhbərlik etdiyi muzeyin qeydiyyata alınmasını xahiş edib.

Belə ki, Mədəniyyət nazirinin 25 fevral 2015-ci il tarixli, 101 nömrəli əmrinə əsasən, Yusif Aliyev şəxsi mülkiyyətim olan, Şəmkir şəhəri, Səməd Vurğun küçəsi 159 ünvanında yerləşən qədim alman pastoru evi əsasında “Alman irsi mərkəzi” adlı muzey yaradıb. Əmrin 2-ci bəndinə uyğun olaraq, bu muzey 2015-ci ildə strukturdan kənar, lakin Nazirliyə tabe olan muzeylər siyahısına salınmalı imiş. Lakin bu müddət ərzində həmin bənd icra olunmayıb. Nə ştat açılıb, nə də maliyyələşmə ayrılıb. Yusif Aliyevin nazirliyə ünvanladığı nğvbəti məktuba (03.12.2024-cü il №3-24/02/2-Ə-2013/2024) rəsmi cavabda bildirilib ki, məsələ baxılacaq və muzey siyahıya daxil ediləcək. Ancaq bu günə kimi heç bir dəyişiklik yoxdur.

“Mən artıq 11 ildir ki, bu muzeyi şəxsi vəsaitimlə saxlayıram. Pensiyaçıyam, II qrup əliləm və daha bu yükü daşımağa imkanım yoxdur. Sentyabr ayında Şəmkirdə keçiriləcək III MDB Oyunları öncəsi bu muzeyin tam qanuni status alması və maliyyələşməsi vacibdir. Bu məsələni şəxsi nəzarətinizə götürməyinizi və 101 saylı əmrinizin tam yerinə yetirilməsini xahiş edirəm”- deyə muzey rəhbəri müraciətində bildirib.

AzPost.az

Post navigation

Previous: Göyçay İcra Hakimiyyətində 8 vakant yer var
Next: Prezident ekoloqları təltif edib –

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.