“Electrolux”, “Tefal”, “Braun” və “Rowenta” məişət texnikası istehsalçıları öz məhsullarının Rusiyaya paralel idxalına qadağa qoyublar.
Azpost.info xəbər verir ki, bunun üçün onlar digər ölkələrdəki tərəfdaşları ilə malların Rusiya bazarına təkrar ixracına moratorium imzalayırlar.
Bu barədə bir neçə pərakəndə satıcı “Kommersant”a bildirib.
Təkrar ixraca qoyulmuş moratoriumun pozulması müqavilənin və tədarükün dayandırılmasına səbəb olur.
“Eyni zamanda, bəzi xarici istehsalçılar bundan da irəli gedirlər – onlar mallarının hətta Rusiya bazarlarında yerləşdirilməsinə mane olmağa çalışırlar”, – “Marvel Distribution”ın böyük məişət avadanlıqları departamentinin idarəedici direktoru Dmitri Levin qeyd edib.
Paralel idxala məhdudiyyətlər səbəbindən İsveçin “Electrolux Qrup”unun (Electrolux, Zanussi, AEG) məhsulları artıq “məhdud həcmdə təmsil olunur”, – “M.Video-Eldorado” qrupunun baş icraçı direktoru Sergey Li qeyd edib.
Böyük bir rus pərakəndə satış şirkətinin top-rəhbərliyindəki digər mənbə deyir ki, “Electrolux” məhsulları onların şəbəkəsində 2022-ci ilin fevralından satılmır: “İndi paralel idxal vasitəsilə tədarük olunan məhsulların tədarükü üzrə mütəxəssislər axtarmaq sərfəli deyil, çünki son qiymət digər ölkələrin analoqlarından bahadır və buna görə də bundan pul qazanmaq mümkün deyil”.
Nəşr yazır ki, yaxın gələcəkdə paralel idxal vasitəsilə tədarüklərini əngəlləməyə başlayan brendlərin Rusiya mağazalarının rəflərindən tamamilə yoxa çıxacağını gözləmək olar.
Bundan əvvəl baş nazirin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov paralel idxalın istifadəsinin 2024-cü ilə qədər uzadıldığını açıqlamışdı.
Martın 6-da məlum olub ki, Rusiyada kiçik və orta müəssisələrin (KOB) yalnız 14 faizi paralel idxalı mənimsəyib. NAFI və PSB Analytics-in məlumatına görə, 2023-cü ildə Rusiyanın əksər şirkətləri artıq dost ölkələrdən oxşar məhsulların tədarükçüləri tapıblar və ya müstəqil istehsala başlayıblar.
Azpost.info